Sual: Bağçaya uşaqlar neçə yaşından qəbul olunur?
Cavab: Bağçaya qəbul orta qruplar (3-4 yaş), böyük qruplar (4-5 yaş) və məktəbə hazırlıq qrupları (5-6 yaş) üzrə aparılır.
Sual: Hansı sənədlər tələb olunur?
Cavab: Sənədlərin siyahısı aşağıdakı kimidir:
- Müraciət forması (bağçada doldurulacaq)
- Uşağın doğum haqqında şəhadətnaməsinin sürəti
- Valideynin şəxsiyyət vəsiqəsinin surəti
- İki ədəd fotoşəkil (3x4)
- Uşağın sağlamlığı haqqında tibbi arayış
Sual: Bağçada hansı məşğələlər keçirilir?
Cavab: Bağçada keçirilən məşğələlərin siyahısı aşağıdakı kimidir:
Savad təlimi, Nitq inkişafı, Sadə riyazi təsəvvürlərin inkişafı, Məntiqi təfəkkürün inkişafı, Ətraf aləmlə tanışlıq, İntelektual oyunlar, Bədii ədəbiyyat, İngilis dili, Rəsm, Əmək, Fiziki tərbiyə
Sual: Bağçada məşğələlərdən əlavə dərnəklər keçirilirmi?
Cavab: Bəli. Bağçada məşğələlərdən əlavə olaraq - Rəqs, Musiqi, Şahmat, Rus dili, Mental aritmetik kimi dərnəklər keçirilir.
Sual: Bağçanın iş qrafiki necədir?
Cavab: Bağça həftə içi 5 gün, saat 8:00-dan 18:00-a qədər fəaliyyət göstərir.
Sual: Bağça harada yerləşir?
Cavab: Kaspi Uşaq Bağçası 5 ünvanda yerləşir:
- Bakıxanov qəs. Sakit Qocayev 176 (Kaspi Liseyi Bakıxanov)
- Xətai ray.,Xocalı pr 86(Kaspi Liseyi ilə üzbəüz)
- Əhmədli qəs., Əhmədli küç. 9 ev 41c (Kaspi Uşaq Bağçası Əhmədli filialı)
- Sumqayıt şəh., 6-cı mikrorayon, H.Salayev 31A ("Liman" klinikasının yanı)
- Nərimanov rayonu, A. Gəraybəyli küç. 23b
Sual: Bağçanın ödənişi nə qədərdir?
Cavab:
- Kaspi Uşaq Bağçası Bakı filialları;- Azərbaycan bölməsi, tam gün– aylıq ödəniş 450 AZN, yarım gün 300 AZN
- Kaspi Uşaq Bağçası Bakı filialları;- Rus bölməsi, tam gün– aylıq ödəniş 500 AZN, yarım gün 350 AZN
- Kaspi Uşaq Bağçası Sumqayıt filialı - Azərbaycan bölməsi, tam gün - aylıq ödəniş 400 AZN
- Kaspi Uşaq Bağçası Sumqayıt - rus bölməsi, tam gün - aylıq ödəniş 450 AZN
Sual : Bu məbləğə (tam gün) nə daxildir?
Cavab: Bu məbləğə aşağıdakı xidmətlər daxildir:
- Qidalanma (səhər yeməyi, meyvə saatı, nahar, şirniyyat saatı)
- Məşğələlər
- Dərnəklər
- Tədris vəsaitləri (kitablar)
- Ekskursiyalar
- Bayramlar