Təhsil

Uşaqlar əyləncəli və rəngarəng məşğələlərlə gələcəyə çox ciddi hazırlanır

Kaspi Uşaq Bağçasında məktəbəqədər hazırlıq  proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur.

Proqrama uşaqlarda sosial–emosional və fiziki hərəkət inkişafının əldə edilməsi, onlara rənglər və formalar üzrə, istiqamət, mövqe yerləşmə haqında, ölçü və vaxt anlayışı və ingilis dilində baza anlayışlarının mənimsədilməsi, dinləmə, danışıq, ilkin oxu və yazı bacarıqlarının, rəqəmlər və sadə hesablamanın öyrədilməsi, məktəbdə, cəmiyyətdə düzgün davranışın aşılanması daxildir. Kaspi Uşaq Bağçasında təhsil orta qruplarda (3-4 yaş), böyük qruplarda (4-5 yaş) və məktəbə hazırlıq qruplarında (5-6) aparılır.

Proqram aşağıdakı məşğələləri əhatə edir:

  • Savad təlimi
  • Nitq inkişafı
  • Sadə riyazi təfəkkürün inkişafı
  • Məntiqi təfəkkürün inkişafı
  • Ətraf aləmlə tanışlıq
  • İntelektual oyunlar
  • Uşaq ədəbiyyatı, nağıllar aləmi
  • İngilis dili
  • Rəsm
  • Əmək
  • Musiqi
  • Fiziki tərbiyə

Ana dili (savad təliminə hazırlıq və nitq inişafı)- Bu məşğələlərdə uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, uşaqlar fikirlərini sərbəst, rabitəli şəkildə ifad etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir. Ilkin başlanğıcda lazım olan vasitələr: təbaşır, rəngləmələr, karandaşlar, plastilin və s. istifadə etməklə uşaqların barmaq əzələləri möhkəmləndirilir, onlara sərbəst şəkildə qələm tutmağı, müxtəlif ştrixlər, xəttlər, fiqurları çap şəklındə hərflər yazmaq öyrədilir.

Riyaziyyat və məntiq (sadə riyazi təsəvvürlərin və məntiqi təfəkkürün inkişafı)-uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması başlanğıc pillə kimi əsas yer tutur. Riyaziyyat məşğələləri uşaqların məntiqi təfəkkürünü daha yaxşı inkişaf etdirən interaktiv təlimdir. İnkişafetdirici tapşırıqlar məntiqi təfəkkürün inkişafına müsbət təsir edir. Burada uşaqlar zaman-məkan, ölçü-forma, miqdar,rəqəmlər və hesablama kimi biliklərə yiyələnirlər.

Ətraf aləmlə tanışlıq- Bu məşğələdə məqsəd uşaqlarda ətraf aləm, təbiət və cəmiyyət haqqında təsəvvürləri düzgün formalaşdırmaqdır. Uşaqlarda vətənpərvərlik hisslərini formalaşdırmaq məqsədi ilə doğma diyar, xalqın tarixi, tarixi abidələri, adət-ənənələri, dövlətimiz, onun prezidenti, dövlət atributları haqqında ilkin məlumatlar verilir.

Uşaq ədəbiyyatı-uşaqların təlim-tərbiyə işində böyük imkanlara malikdir.Uşaqlarda yaradıcılıq qabiliyyətini üzə çıxardır. Bir-birindən maraqlı nağıl və şeirləri öyrənən uşaqlar kiçik sadə kompozisiyalar qura bilirlər.

İntelektual oyunlar-Didaktik və intellektual oyunlar zamanı uşaqlarda müşahidəçiliyi, diqqətin düzgünlüyünü, onların təsəvvürlərinin yoxlanılması və möhkəmləndirilməsi, təfəkkürün itiliyi, eşitmə diqqəti inkişaf etdirilir.

Rəsm, Əmək (təsviri fəaliyyət) -Estetik inkişafın əsasında uşaq yaradıcılığı, uşaq fantaziyası durur. Bu zaman uşaq fəaliyyətinin müxtəlif növləri-oyun, rəsm, yapma, quraşdırma,  applikasiya mühüm əhəmiyyət kəsb etməklə onların təfəkkür və təxəyyülünün inkişafına təkan verir, idrak və yaradıcı fəallığını inkişaf etdirir.