Sosial tədbirlər

Kaspidə təşkil olunan tədbirlərdə uşaqlar həm əylənir, həm də öyrənir.

Kaspidə uşaqların dünyagörüşünü inkişaf etdirən ekskursiyalar, bayram tədbirləri, müsabiqələr, yarışlar və bir sıra layihələr yüksək səviyyədə təşkil edilir. 

Uşaqlar il ərzində zooparka, sirkə, botanika bağına, müxtəlif muzeylərə və s. yerlərə aparılır. Bu ekskursiyalarda uşaqların dünyagörüşü inkişaf edir, ətraf aləmə tanışlığı möhkəmlənir.

Bağçada təşkil olunan bayram tədbirlərində uşaqlar həm əylənir, həm də müxtəlif rollar ifadə edərək aktiv iştirak edir. Bu da uşaqların özünü tanımasına kömək edir, duyğularını rahatca ifadə etməsinə imkan yaradır.

Kaspi Uşaq Bağçasında mütəmadi olaraq uşaqlar arasında müxtəlif əyləncəli müsabiqə və yarışlar təşkil olunur. Uşaqlar bu yarışlarda iştirak edərək səbirli olmağı, öz hisslərini ələ almağı, qalib gəlməyi və məğlub olmağı, bu zaman dözümlülük nümayiş etdirməyi öyrənirlər.