Suallar və cavablar

Sual: Bağçaya uşaqlar neçə yaşından qəbul olunur?

Cavab: Bağçaya qəbul orta qruplar (3-4 yaş), böyük qruplar (4-5 yaş) və məktəbə hazırlıq qrupları (5-6) üzrə aparılır.

Sual: Hansı sənədlər tələb olunur?

Cavab: Sənədlərin siyahısı aşağıdakı kimidir:

  1. Müraciət forması (bağçada doldurulacaq)
  2. Uşağın doğum haqqında şəhadətnaməsinin sürəti
  3. Valideynin şəxsiyyət vəsiqəsinin surəti
  4. İki ədəd fotoşəkil (3x4)
  5. Uşağın sağlamlığı haqqında tibbi arayış

Sual: Bağçada hansı məşğələlər keçirilir?

Cavab: Bağçada keçirilən məşğələlərin siyahısı aşağıdakı kimidir:

Savad təlimi, Nitq inkişafı, Sadə riyazi təsəvvürlərin inkişafı, Məntiqi təfəkkürün inkişafı, Ətraf aləmlə tanışlıq, İntelektual oyunlar, Bədii ədəbiyyat, İngilis dili, Rəsm, Əmək, Fiziki tərbiyə

Sual: Bağçada məşğələlərdən əlavə dərnəklər keçirilirmi?

Cavab: Bəli. Bağçada məşğələlərdən əlavə olaraq  - Rəqs, Musiqi, Şahmat, Rus dili, Mental aritmetik kimi dərnəklər keçirilir.

Sual: Bağçanın iş qrafiki necədir?

Cavab: Bağça həftə içi 5 gün, saat 8:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

Sual: Bağça harada yerləşir?

Cavab: Kaspi Uşaq Bağçası 2 ünvanda yerləşir:

  • Bakıxanov qəs. Gənclik küç., 23/5 (Kaspi Liseyi Bakıxanov)
  • Xətai ray., Xocalı pr. 57 A (Kaspi Liseyi Ağ şəhər)

Sual: Bağçanın ödənişi nə qədərdir?

Cavab:

  • Kaspi Uşaq Bağçası Bakıxanov – aylıq 370 AZN
  • Kaspi Uşaq Bağçası Ağ şəhər – aylıq 400 AZN

Sual : Bu məbləğə nə daxildir?

Cavab: Bu məbləğə aşağıdakı xidmətlər daxildir:

  • Qidalanma (səhər yeməyi, meyvə, nahar, şirniyyat)
  • Məşğələlər
  • Dərs kitabları
  • Dərnəklər
  • Ekskursiyalar