Dərnəklər

Proqrama əlavə olaraq keçirilən dərnəklər uşaqların gizli istedadlarını üzə çıxarır.

Kaspi Uşaq Bağçasında məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər keçirilir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır.

Kaspi Uşaq Bağçasında təşkil edilən dərnəklər aşağıdakılardır:

  • Şahmat
  • İngilis dili
  • Rus dili
  • Mental aritmetika
  • Rəqs
  • Musiqi
  • Bacarıqlı əllər
  • 3D Mühəndislik

Şahmat uşaqların dünyagörüşünü  inkişaf etdirir, onlara diqqətli olmağı, fikirləşməyi, müqayisə etməyi, əvvlcədən oyununun nəticəsini görməyi öyrədir. İxtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünü inkişaf etdirir. Uşaqlarda səbirlilik, özünü ələ almaq, dözümlülük hisslərini  artırır. Onlarda özünə tənqidlə yanaşma, sərbəst qərar vermək hissləri güclənir.

Kaspi Mental Aritmetika proqramı uşaqlarda sürətli hesablama vərdişlərini inkişaf etdirməklə yanaşı, uşaqlara müxtəlif məsələləri həll etmə bacarıqları aşılayır, onların təxəyyülünü və yaradıcılığını artırır, məntiqini inkişaf etdirir, yalnız rəqəmlər üzrə hesablamaları deyil, ətrafda mövcud əşyalarla əməliyyatlar aparmaq bacarığı verir.

3D Mühəndislik - uşaqların riyazi və həndəsi bilikləri, yaradıcılığı, 3D təxəyyülü, ilkin mühəndislik bacarıqları formalaşdırılır və inkişaf etdirilir.

İngilis dili və rus dili -uşaqlara ilkin və sadə ingilis dili və rus dili anlayışı aşılanır. Yeni sözləri musiqili və əyləncəli şəkildə öyrənmələri onlarda daha da maraq yaradır.

Musiqi və rəqs uşaqların özünü tanımasına kömək edir, xəyal dünyasını inkişaf etdirir, duyğularını rahatca ifadə etməsinə imkan tanıyır,
fərqli dünyagörüşləri inkişaf etdirir, bədən, zehin və ruh sağlamlığına müsbət təsir edir.

Bacarıqlı əllər – uşaqlarda sadə layihələndirmə, tərtibat, modelləşdirmə, dizayn, ölçü, mütənasiblik, simmetriya kimi anlayışlar formalaşır, sadə konstruksiyalar və yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur, təfəkkür və təxəyyülünün inkişafına təkan verir, onların əl qabliyyətləri üzə çıxır.