Qidalanma

Düzgün qidalanma sağlamlığın təməlidir.

Uşaqların düzgün inkişafında qidalanma mühüm yer tutur. Düzgün və keyfiyyətli qidalanan uşaqlar bir sıra sahələrlə yanaşı, təhsildə də irəli gedə, yüksək fəallıq göstərə bilirlər. Düzgün qidalanmanın əsasında təbii və keyfiyyətli qida məhsullarından hazırlanmış yeməklər, vitaminlərlə zəngin meyvə və tərəvəzlər, və əlbəttə ki, düzgün gün rejiminə əsaslanan  qidalanma durur. Kaspi Uşaq Bağçası bütün bunları nəzərə alaraq övladlarınız üçün sağlam qidalardan hazırlanan menyu tərtib edir. Uşaqların sağlam qidalanması məqsədi ilə gündəlik menyuya həkim tərəfindən nəzarət edilir

Bağçada uşaqlara masa arxasında mədəni davranış qaydaları öyrədilir.

Bağçada qidalanma gün ərzində 4 dəfə nəzərdə tutulub: səhər yeməyi, meyvə saatı, nahar və şirniyyat saatı.

Əziz valideynlər unutmayın ki, düzgün və sağlam qidalanma övladınızın gələcəyinə  proqramlaşdırılmış sağlam həyat tərzinin qarantıdır.