Sağlamlıq

Kaspi Uşaq Bağçasında uşaqların sağlamlığına xüsusi fikir verilir. Hər gün bütün uşaqlar bağçanın həkimi tərəfindən profilaktik baxışdan keçirilir. Yoxlama zamanı uşağın səhhətində neqativ hal aşkarlanarsa, dərhal valideynə xəbər verilir və ilkin tədbirlər görülür. Bağçada sanitar-gigiyena qaydalarına uyğun olaraq gündəlik təmizlənmə və aylıq sanitar epidomoloji vəziyyətin stabil saxlanılması üçün dezinfeksiya işləri həyata keçirilir. Uşaqların sağlamlığını qorumaq üçün ən vacib olan aşağıdakı gigiyenik tədbirlər təmin olunur: uşaqların gözlərinin mühafizəsi üçün bütün otaqlarda gigiyena normalarına uyğun təbii və süni işıqlanma, otaqların havasını kifayət qədər dəyişmək üçün lazımi həcmdə nəfəsliklər və otaqlarda çox vacib olan mexaniki ventilyasiya və mərkəzləşdirilmiş istilik sistemi, kifayət qədər soyuq və isti gigiyena tələblərinə uyğun suların təminatı.

Uşaqların sağlamlığının möhkəmləndirilməsi, orqanizmin müqavimət qabiliyyətinin yüksəldilməsi və onların fiziki inkişafını təmin etmək üçün fiziki mədəniyyət məşğələləri təşkil olunmuşdur. Uşaqlara öz  təmizlik və sağlamlıqlarını qorumaları üçün şəxsi mədəni gigiyena qaydaları  da öyrədilir.