Təhlükəsizlik

Uşaqların təhlükəsizliyi etibarlı əllərdədir

Kaspi Uşaq Bağçasında təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdur. Belə ki, yanğından ilkin xəbərdarlıq üçün siqnalizasiya sistemi, təhlükəsizlik kameraları, gücləndirilmiş mühafizə sistemi və s. təmin edilmişdir. Bağçaya giriş turniketlə tənzimlənir, hər bir uşağın gəlib-getmə vaxtı jurnalda qeyd olunur. Uşaqlar yalnız valideynlərə və yaxud onların əvvəlcədən bildirdiyi insanlara təhvil verilir. Bundan başqa bağçada təhlükəsiz öyrənmə mühiti yaradılmışır ki, tədris otaqları təhlükəsizlik qaydaları nəzərə alınaraq təchiz olunmuşdur.

Bunlarla yanaşı uşaqlara təhlükə və çətinliklərə hazırlıq keçilir, məişətdə ehtiyatlı olma qaydaları mənimsədilir, yol-hərəkəti qaydaları tədris olunur, ekstremal vəziyyətlərdə və təhlükəli situasiyalarda necə hərəkət etmək haqqında ilkin təsəvvürlər formalaşdırılır,  təbii hadisələr və yanğın zamanı necə davranmalı olduqları öyrədilir. 

Beləliklə, valideynlər öz övladlarını arxayınlıqla Kaspi Uşaq Bağçasına etibar edə bilərlər.