XƏBƏRLƏR

Yeni il şənliyi

Kaspi Uşaq Bağçasında 28 dekabr tarixində balacalar üçün yeni il şənliyi keçirilmişdir. Bu şənlikdə uşaqlar müxtəlif səhnəciklər nümayiş etdirərək, rəngarəng mahnılar və rəqslər ifa edərək, şeirlər söyləyərək öz məharətlərini göstərmişdilər. Şaxta baba, Qar adamı və Dəniz quldurunun qonaq gəlməsi şənliyi daha da canlandırmışdır. Qonaqlar uşaqları əyləndirmiş, onlarla müxtəlif oyun və yarışlar keçirmişdilər. Sonda Şaxta baba uşaqlara hədiyyələr təqdim etmişdir.

 


Qalereya